Alyansın Vaşinqtonda keçirilən sammitindən sonra Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı perspektivlər hiss olunmayıb.
Publika.az xəbər verir ki, bu barədə “The Economist” yazıb.
“NATO-nun Ukraynanın gələcəyi ilə bağlı vədləri əlavə təhlükəsizlik, demokratik və iqtisadi islahatlar tələbləri kimi qeyd-şərtlərlə zəiflədilib. Bundan əlavə, Ukrayna yalnız müttəfiqlərin razılığı və şərtlərin yerinə yetirilməsi ilə NATO-ya dəvət olunacaq”, - materialda deyilir.
Məqalə müəllifləri bildiriblər ki, Kiyevin ən böyük müttəfiqi adlandırılan ABŞ prezidenti Co Bayden Ukraynanın tezliklə alyansa qoşulacağına inanmır. Onlar xatırladıblar ki, Amerika lideri əvvəllər Ukraynanın NATO-ya qəbuluna qarşı çıxıb və sammitdəki çıxışında NATO-ya üzvlük məsələsini ümumiyyətlə qeyd etməyib. Eyni zamanda, dönməz adlandırılan üzvlük yolu, müəlliflərin fikrincə, Donald Trampın ABŞ-ın növbəti lideri olacağı təqdirdə asanlıqla kəsiləcək.
Bu arada, keçmiş Pentaqonun analitiki və ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan polkovnik-leytenantı Karen Kviatkovski NATO sammitinin nəticələri barədə danışıb. O, Vaşinqtonda keçirilən sammitin yekun bəyannaməsinin “qorxulu xəbərdarlıq” olduğunu bildirib. qeyd edib ki, əvvəlki dövrlərdə sənəddə yer alan dil “müharibə elanı” kimi qəbul edilir.
Cəmilə