Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin diplomatik sektorunda kadr dəyişiklikləri etdiyinə dair videomüraciət ünvanlayıb.
QÜTB.AZ xəbər verir ki, Ukrayna lideri Türkiyə, NATO və BMT-yə yeni səfirlərin təyin edilməsini böyük diplomatik addım kimi qiymətləndirib.
Təyinatlara əsasən Nəriman Cəlal - Türkiyəyə, Alena Getmançuk-NATO-ya, Andrey Melnik isə BMT-yə səfir gedir.
Nəriman Cəlal Krım-tatar əsilli ukraynalı politoloq, müəllim, fəal və jurnalistdir.
2021-ci ildə Krımda rus ordusu tərəfindən saxlanılaraq evində axtarış aparılıb.
2024-cü ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə əsirlikdən azad edilərək, Ukraynaya təhvil verilib.
Alena Getmançuk Yeni Avropa Mərkəzinin təsisçisi və Alyansın Avrasiya Mərkəzində (ABŞ) müstəqil baş analitikdir.
2009-cu ildə o, səkkiz il rəhbərlik etdiyi Dünya Siyasəti İnstitutunun həmtəsisçisi olub. 2016-cı ildən Ukrayna və Polşa prezidentlərinin Məşvərət Komitəsinin üzvüdür.
Andrey Melnik ukraynalı diplomatdır.
2014-2022-ci illərdə Ukraynanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri, 2022-2023-cü illərdə Ukrayna xarici işlər nazirinin müavini, 2023-cü ilin iyun ayından isə Ukraynanın Braziliyadakı fövqəladə və səlahiyyətli səfiri olub.
Qeyd edək ki, Zelenski namizədlərin adlarını açıqlasa da, onla haqqında fərmanın yaxın zamanda imzalayacağını bildirib.
(Qafqazinfo)