İranın Əlborz vilayətində “silahlı soyğunçuluq” ittihamı ilə mühakimə olunan 5 nəfər edam edilib.
Publika.az xəbər verir ki, İranın məhkəmə sisteminə bağlı Mizan Xəbər Agentliyi ölkənin müxtəlif əyalətlərində 14 silahlı soyğunda iştirak edən 5 nəfərin edam cəzasının Kerece Mərkəzi Həbsxanasında icra olunduğunu açıqlayıb.
Xəbərdə sözügedən şəxslərin odlu və soyuq silahlardan istifadə etdikləri, ölkənin müxtəlif yerlərində yük maşınlarının yolunu kəsərək, ümumilikdə 14 quldurluq hadisəsi törətdiyi bildirilir.
Bildirilib ki, məhkəmə prosesi başa çatdıqdan sonra etiraza Ali Məhkəmədə qiymət verilib və orada da yerli məhkəmənin qərarı təsdiqlənib.
Aysel Şahmar