Suriya Prezidenti Bəşər Əsəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş ehtimalını istisna etməyib.
Publika.az xəbər verir ki, o bunun görüşün gündəmindən asılı olacağını bildirib.
Əsəd jurnalistlərə bu gün verdiyi açıqlamada türk əsgərlərinin Suriya ərazisindən çıxarılması məsələsinin gündəmə gələcəyi təqdirdə Ərdoğanla görüşə biləcəyini deyib.
Xatırladaq ki, daha öncə Ərdoğan Türkiyənin Suriya ilə normallaşma prosesi ilə bağlı istənilən vaxt Əsədə dəvət göndərə biləcəyini açıqlamışdı.