"COP29 çərçivəsində irəli sürülən təşəbbüsləri reallığa çevirəcəyimizə inanırıq".
QÜTB.AZ xəbər verir ki, bu sözləri COP29-un BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai tədbirin ikinci günündə keçirilən mətbuat konfransında deyib:
"Dünyada iqlim dəyişikliyi baş verir, bütün cəmiyyət bu məsələlərə ciddi yanaşmalıdır. Əlimizdən gələni edirik ki, qeyri-dövlət təşkilatları, özəl və xeyriyyə qurumları buraya cəlb olunsun. İnanırıq ki, biz burada irəli sürülən təşəbbüsləri reallığa çevirə biləcəyik".