Lebrona təklif olunan ağlasığmaz məbləğ
Sevindirici hal: "Nəhayət ki, DİM-in hazırladığı suallarda..."
Bildiyimiz kimi, ötən gün 3 mart tarixində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olundu. Digərləri isə emal mərhələsindədir.
İlkin nəticələri digər illərlə nisbətdə necə qiymətləndirmək olar?
Mövzu ilə bağlı təhsil eksperti Elmin Nuri Qütb.az-a açıqlama verib. O, bu ilki nəticələri əvvəlki illərə görə, sevindirici hal sayır:
"Sevindirici hal bundan ibarətdir ki, builki nəticələr ötənilki nəticələrdən xeyli fərqləndi. Məsələ o demək deyil ki, təkcə 14 nəfər 300 bal topladı. Bu da böyük göstəricidir. Çünki ötən illərə baxsaq, elə il olurdu ki, 1 və ya 2 nəfərdə bu cür nəticə olurdu. Hər bir halda bu ilki göstəricilər rekord göstəricidir. Eyni zamanda 250-dən yuxarı nəticələr də bu il üstünlük təşkil edir".
Ekspert əsas səbəbi nə təhsilin nə də uşaqların keyfiyyətinin artmasında görür:
"Bunların heç biri əsas səbəb deyil. Təbii ki müəyyən bir faiz nisbətində bu istiqamətdə də artım ola bilər. Amma bu çox cüzidir. Bu il DİM-in hazırladığı suallarla bağlı proqram məktəblərdə tədris olunan proqramdan o qədər də fərqlənmədi. Bildiyimiz kimi, əvvəllər orta məktəbin tədris proqramı ilə DİM-in hazırladığı sualların proqramı məzmununa görə xeyli fərqlənirdi. Doğrudur, tədris proqramından kənara çıxılmırdı. Amma sualların forması, məzmunu, məntiqi çalarlılığı, demək olar ki, tamam fərqli metodikanın hazırlanması uşaqlara çətinlik yaradırdı. Yəni bu suallar repetitor xidməti istifadə etməyən şagirdin gücündə deyildi. Bu il nəhayət ki, DİM-in hazırladığı suallarda tədris proqramına yaxınlıq öz sözünü demiş oldu. Rəsmi statistikaların təhlilindən sonra daha dəqiq göstəricilər bəlli olacaq".