Ukrayna Rusiya ilə münaqişəyə danışıqlar yolu ilə son qoymağı planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” yazıb.
Nəşrin iddiasına görə, Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya nümayəndələrinin də iştirak edəcəyi yeni sülh sammitinin keçirilməsi zərurəti barədə dediyi fikirlər belə düşünməyə əsas verir.
Belə ki, Zelenski Rusiya nümayəndələrinin Ukraynada noyabrda keçirilməsi planlaşdırılan ikinci sülh sammitində iştirak etmələrinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, konfransdan əvvəl Qətər, Türkiyə və Kanadada bəzi məsələlərə dair bir neçə görüş keçirilməli, onların nəticələrinə əsasən plan hazırlanmalıdır.
Vazeh BƏHRAMOĞLU