“Mançester Siti” – “Arsenal” matçının ilk hissəsində meydan sahiblərinin baş məşqçisi Xosep Qvardiola gözlənilmədən özündən çıxıb.
QÜTB.AZ xəbər verir ki, rəqib müdafiəçi Rikkardo Kalafiori uzaq məsafədən möhtəşəm zərbə ilə hesabı 1:1 etdikdən sonra Qvardiola o qədər əsəbiləşib ki, məşqçi kreslosunu təpikləyib.
Görünür, londonluların cərimə zərbəsini tez yerinə yetirməsinə icazə verilməsi mütəxəssisin xoşuna gəlməyib.