28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Saatlı sakini bu biznesmenin evindən yarım milyon oğurladı, kazinoda uduzdu

09 dek 2024 18:35
HADİSƏ
ads
Advertisement

Saatlı rayonunda qadının evindən yarım milyonluq oğurluq olub.


QÜTB.AZ-ın əldə etdiyi məlumata görə, rayon sakini Mahirə Vəliyevanın evindəki seyfdən külli miqdarda pul və qızıllar oğurlamış ev sahibinin qayını oğlu 1983-cü il təvəllüdlü Elvin Vəliyev tutulub. Onun barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (Külli miqdarda oğurluq) maddəsi ilə iş açılıb.

Məlum olub ki, Elvinin əmisi Rusiyada biznesmendir. Saatlıdakı evdə isə onun həyat yoldaşı M. Vəliyeva yaşayıb və seyfdə külli miqdarda qızıl və pul olub. Elvin seyfin açarının yerini öyrəndikdən sonra evdə heç kimin olmadığı vaxt, yəni 2023-cü ilin mart ayının sonlarından iyun ayının sonlarınadək qonşuluqdakı evə gizli daxil olub. O, seyfi açaraq içərisindəki 391.685 manat pulu və 100 min manatdan çox dəyəri olan qızılları oğurlayıb. O, bütün pulları onlayn qumar oyunlarında uduzub. Qızılları da İmişli, Sabirabad və Bakıdakı lombardlara verərək pul götürüb, həmin pulları da internetdə uduzub.

Fakt üzə çıxdıqdan sonra Elvin həbs edilib.


O, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi üzrə təqsirli bilinərək 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.



Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur