Türkiyə Cümhuriyyəti Prezident Administrasiyasının kommunikasiya şöbəsinin müdiri Fahrettin Altun bildirib ki, Türkiyə artıq Qərbdən sifariş almaq niyyətində deyil və öz siyasətini yürütməkdə qərarlıdır.
Publika.az məlumatı ölkənin KİV-nə istinadən verir.
“Biz bunu açıq və birmənalı deyirik: Artıq Qərbdən sifariş alan və müstəqil siyasətini, strategiyasını inkişaf etdirə bilməyən Türkiyə yoxdur”, - deyə siyasətçi qeyd edib.
Altun Türkiyənin regionda sabit müstəqil siyasət və strategiyaya malik olduğunu, beynəlxalq problemlərin həllində fəal iştirak etdiyini vurğulayıb.
O, belə qənaətə gəlib ki, Qərb mediası Türkiyəni yıxmaq cəhdlərini davam etdirir, lakin Ankara digər müstəqil regional güclərlə birlikdə buna qarşı mübarizəni davam etdirəcək.
Adəm Abbaslı