13.10.25 | Bakı 18.03° C |
10:06:25
Lent :

ETX Özbəkistanın Kibertəhlükəsizlik Mərkəzi ilə Anlaşma Memorandumu imzaladı

13 okt 2025 12:00
GÜNDƏM
ads
Advertisement

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) nümayəndələri Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilən “Cyber Security Summit 2025” tədbirində iştirak ediblər.

ETX-dən Qutb.az-a verilən məlumata görə, tədbirin ilk panelində çıxış edən ETX-nin rəis müavini Elvin Şahverdiyev qlobal kibertəhlükəsizlik sistemində milli CERT-lərin rolu, regional əməkdaşlığın gücləndirilməsi və kibertəhdidlərə qarşı birgə mübarizənin vacibliyi barədə danışıb. O, beynəlxalq tərəfdaşlarla əlaqələrin inkişaf etdirilməsinin milli kibermühitin dayanıqlığının təmin olunmasında mühüm rol oynadığını vurğulayıb.

Sammit çərçivəsində ETX ilə Özbəkistan Respublikasının Dövlət Unitar Müəssisəsi “Kibertəhlükəsizlik Mərkəzi” arasında Anlaşma Memorandumu imzalanıb. 

Sənəd kibertəhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsini, təcrübə mübadiləsinin genişləndirilməsini və birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.

Qeyd edək ki, Elektron Təhlükəsizlik Xidmətinin də dəstək göstərdiyi “Cyber Security Summit 2025” tədbiri Azərbaycanla yanaşı, Mərkəzi Asiya və digər regionlardan olan dövlət qurumlarının, təşkilatların və kibertəhlükəsizlik şirkətləri nümayəndələrinin, eləcə də beynəlxalq ekspertlərin iştirakı ilə keçirilib.
 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur