İranda Məsud Pezeşkian 53,7 faiz səs toplayaraq ölkənin 9-cu prezidenti olub.
Publika.az xəbər verir ki, Pezeşkian seçki şüarlarında “Türkəm və bununla fəxr edirəm” ifadələrini işlədib.
İslahatçı namizəd Məsud Pezeşkianın seçki dönəmində verdiyi açıqlamalar yenidən gündəmə gəlib. Ölkənin 9-cu prezidenti olan Pezeşkian türk olduğunu, ailə arasında fars deyil, türkcə danışıldığını, türk olması ilə fəxr etdiyini bildirib.
Pezeşkian böyük diqqətlə həyata keçirdiyi seçki şüarlarında bu ifadələri işlədib: “Evdə uşaqlarımla həmişə türkcə danışırdım, farsca deyil. Mən türkəm. Anam da, əcdadlarım da türkdür. Bununla qürur duyuram”.
Aysel Şahmar