29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

ABŞ Çindən gələn ucuz mallara görə girinc qalıb

19 fev 2024 12:00
GÜNDƏM
ads

ABŞ xaricə tədarük edilən malların qiymətlərinin aşağı olması səbəbindən Çini tədbirlərlə hədələyib.

Publika.az xəbər verir ki, "Financial Times" (FT) bu barədə ABŞ Maliyyə Nazirliyinin rəsmilərinə istinadən yazıb.

Vaşinqton Çinin artıq sənaye potensialı problemini dempinq yolu ilə həll etmək istəyi ilə mübarizə aparacaq. Birləşmiş Ştatlar xüsusilə yaşıl enerji sektorlarında istehsal və ucuz elektrik avtomobilləri, günəş panelləri və litium-ion batareyaların istehsalından narahatdır.

"Biz narahatıq ki, Pekinin sənaye yönümlü və tələbin haradan gələcəyindən daha çox təklifə diqqət yetirən makroiqtisadi siyasəti Çinin həddindən artıq güclənməsinə gətirib çıxarır, nəticədə qlobal bazarlara zərbə vurur", - deyə Beynəlxalq Əlaqələr Nazirinin müavini Cey Şambau izah edib.

Məlumata görə, Çin ABŞ və müttəfiqlərinin tədbirlər görəcəyinə hazırlaşa bilər və bu, “anti-Çin” addımları deyil, ÇXR-in siyasətinə təbii reaksiya olacaq. Mənbələr bildiriblər ki, maliyyə naziri Janet Yellenin Pekinə səfəri və fevralın sonunda San-Pauluda G20 həmkarları ilə görüşü zamanı əsas mövzu ucuz ixracat olacaq.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur