Ukraynada kartofun topdansatış qiyməti rekord həddə çatıb.
Publika.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının investisiya departamentinin iqtisadçısı Andrey Yarmak məlumat verib.
İstehsalçılar izah ediblər ki, yüksək qiymət Ukraynada keyfiyyətə və məhsuldarlığa mənfi təsir göstərən əlverişsiz hava şəraiti ilə bağlıdır.
Yarmak aydınlaşdırıb ki, il ərzində qiymətlər təxminən 3,5-4 dəfə artaraq tarixdə ən yüksək qiymətə çevrilib.
"Son üç həftə ərzində Ukraynada yüksək keyfiyyətli təzə kartofun topdansatış qiyməti 40 faiz bahalaşıb və qonşu Aİ ölkələrindəki qiymət səviyyəsini keçib", - o əlavə edib.
Yarmakın sözlərinə görə, bu, idxalı iqtisadi cəhətdən mümkün edib.
Ukrayna Polşadan və digər Aİ ölkələrindən kartof idxal etməyə başlayıb, çünki orada bu məhsulun qiymətləri aşağıdır.
Hüseyn İbadlı