Talibanın ali lideri Qərb ölkələrinə mesajında bildirib ki, hökumət qadınları zina etdiklərinə görə daşqalaq etmək təcrübəsini rəsmən tətbiq edəcək.
Publika.az xəbər verir ki, bu haqda “The Telegraph” məlumat yayıb.
"Tezliklə zinaya görə cəza tətbiq edəcəyik. Qadınlara şallaq vuracağıq. Onlar açıq şəkildə daşqalaq olunacaqlae", - Molla Hibətullah Axundzadə deyib.
Xatırladaq ki, Taliban 2021-ci ilin avqustunda Əfqanıstanı ələ keçirdikdən sonra ölüm hökmü və açıq edamlar bərpa olunub, qadınların təhsil almasına və işləməsinə ciddi məhdudiyyətlər qoyulub. Bu, beynəlxalq təşkilatların və Qərb ölkələrinin kəskin tənqidinə səbəb olub.
Cəmilə