24.04.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

İqtisad Universitetində keçid balları - SİYAHI

24 apr 2025 17:00
GÜNDƏM
ads

Azərbaycanda ötən il keçirilən qəbul imtahanları nəticəsində formalaşan keçid balları məlum olub.

Qutb.az-ın məlumatına görə, 2024-cü il qəbul imtahanlarının nəticələrinə əsasən, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) müxtəlif ixtisaslar üzrə abituriyentlərin ən çox maraq göstərdiyi ali təhsil ocaqlarından biri olub.

Qrup və ixtisaslara görə keçid ballarına nəzər saldıqda, bəzi maraqlı nüanslar ortaya çıxır.

I qrup: İnformasiya texnologiyaları və mühəndislik ixtisaslarında üstünlük

Bu qrupda ən yüksək keçid ballarından biri "İnformasiya təhlükəsizliyi" ixtisasında olub. İxtisasın ingilis dilində tədris olunan qrupda keçid balı 658.5, dövlət dilində olan qrupda isə 622.4 olub. İngilis dilində tədris edilən "Kompüter mühəndisliyi"ndə isə keçid balı 636.8 , Azərbaycan sektorunda eyni ixtisas 584.8 olub.

"İnformasiya texnologiyaları" ixtisasında isə keçid balları ingilis sektorunda 647.2, Azərbaycan sektorunda 610.6 bal təşkil edib.

"Kompüter elmləri" ixtisasının minimum bal 587.4, elektrik və elektronika mühəndisliyi ixtisasında 415.8, eklogiya mühəndisliyində 306.2, maşın mühəndisliyində 265.9, qida mühəndisliyində 371.2, sənaye mühəndisliyində isə 367.2 bal olub.

II qrup: Biznes, maliyyə, iqtisadiyyat

Bu qrupda da ingilis dilində olan ixtisaslarda keçid balları yüksəkdir. Məsələn, ingilis dilində "Biznesin idarə edilməsi"ndə 610.2, "İqtisadiyyat"da 624.3, "Maliyyə"də 636.7, "Mühasibat"da 597 bal olub.

Ötən il "Biznesin idarə edilməsi" ixtisasında keçid balı 350.7 (dövlət sifarişli 473.4), "Dövlət və bələdiyyə idarəetməsi"ndə 361.2, "İqtisadiyyat"da 440.5, "Maliyyə"də 527.1, "Marketinq"də 379.1, "Menecment"də 327.3, "Mühasibat"da 421.2 olub.

III qrupda "Beynəlxalq münasibətlər" ixtisasında keçid balı 397.5 olub, dövlət sifarişli yerlərdə isə bu göstərici 468 baldır. Tədrisin türk dilində aparıldığı "Beynəlxalq münasibətlər" ixtisasında isə keçid balı 364.5 bal təşkil edib. "Sosial iş" üzrə minimal bal 467 olub.

IV qrupda cəmi bir ixtisas mövcuddur – "Ekologiya", burada keçid balları273.9 olub. "Dizayn" üzrə isə cəmi 203.6 bal toplamaq kifayətdir.

 

Elnur Əmirov

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur