Amerikalı döyüşçü, UFC-in yüngül çəkidə sabiq çempionu və ən uzun titul müdafiəsi seriyasının sahibi (11) Demetrius Conson karyerasının bitirdiyini açıqlayıb.
QÜTB.AZ xəbər verir ki, Denverdəki ONE 168-dən sonra Conson əlcəklərini asmaq qərarına gəldiyini təsdiqləyib. ONE şirkətinin baş direktoru Çatri Sityodtonq elan edib ki, Conson promosyonun “Şöhrət Zalı”nın ilk üzvü olacaq.
38 yaşlı döyüşçünün sonuncu çıxışı 2023-cü ilin may ayında olub. Həmin vaxt Conson Adriano Moraes üzərində yekdil qərarla ONE titulunu qoruyub.