16.07.25 | Bakı 26.03° C |
10:06:25
Lent :

Ağdamın daha iki kəndində tikinti başlayır

15 iyl 2025 20:00
GÜNDƏM
ads

Gələn ilin sonuna kimi Ağdamın daha iki kəndində bərpa işləri aparılaraq əhalinin köçü təmin ediləcək.

Qutb.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda Baş Prokurorluğun təşkilatçılığı ilə keçirilən "Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin təməli" adlı konfransda çıxışı zamanı deyib.

E.Hüseynov həmçinin gələn ilin sonuna kimi Ağdamın daha iki kəndində bərpa işlərinin aparılacağı barədə də konfrans iştirakçılarına məlumat verib:

"Ağdam rayonunda həm Baş Qərvənd kəndində, həm Eyvazxanbəyli kəndində tikinti işlərinə bu ay start veriləcək. Biz 2026-cı ilin sonuna qədər bu kəndlərdə də bərpa işlərini yekunlaşdıracaq və əhalinin köçürülməsini təmin edəcəyik".

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
26.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur