Yunanıstanda bazar günü keçirilən Avropa Parlamenti (AP) seçkilərində türklərin qurduğu Dostluq Bərabərlik Sülh Partiyası (DEB) Qərbi Trakyada 3 vilayətdən 2-də birinci olub.
Publika.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin açıqladığı məlumatlara görə, seçki qutularının 96 faizinin açıldığı qeyri-rəsmi nəticələrdən sonra türklərin sıx yaşadığı Rodopda FEP Partiyası yüzdə 36 səslə birinci olub. Partiya Xanthidə 27 faiz səslıə qalib gəlib.
Seçkilərin nəticələrini partiyanın Komotinidəki qərargahında izləyən üzvlər, namizədlər və onların tərəfdarları nağara və tütəklərin müşayiəti ilə qələbələrini coşqu ilə qeyd ediblər.
Tural