“Çelsi”də zədə epidemiyası davam edir.
Publika.az xəbər verir ki, “Nyukasl”la oyun öncəsi əsas heyətdən 3 futbolçu sıradan.
“Levi Kolliul və Ben Çilluel zədəli oyunçular siyahısına əlavə edilib. Konor Qallager də virusa yoluxduğu üçün məşq etməyib. Görək o, sabah və ya şənbə günü məşqlərə qayıda biləcəkmi? Problem ondadır ki, xəstəlikdən sonra enerjiniz azalır və sağalmaq üçün vaxt lazımdır”, – klubun mətbuat xidməti Poçettinodan sitat gətirib.
“Çelsi”nin rəsmi saytında xəbər verildiyi kimi, Çilluel tibbi müayinədən keçir və Koliul artıq reabilitasiyaya başlayıb.