Avropa Parlamentində çıxış edən Aleksey Navalninin həyat yoldaşı Yuliya Navalnaya “Siz siyasətçi ilə yox, qanlı canavarla üz-üzəsiniz” deyib. O, bəyan edib ki, Putin məsuliyyətə cəlb edilməlidir.
Publika.az xəbər verir ki, saxlanıldığı həbsxanada dünyasını dəyişən 47 yaşlı rusiyalı müxalifət lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya Strasburqda Avropa Parlamentində çıxış edib.
O, çıxışında "Putin hər şeyə qadirdir, onunla müzakirə apara bilməzsiniz. Putinin əmri ilə Aleksey üç il işgəncəyə məruz qalıb. Putini məğlub etmək istəyirsənsə, yenilik yaratmalısız, onu qərarlar və ya sanksiyalarla incidə bilməzsiniz” deyib.
Aleksey Navalnının sözçüsü Kira Yarmiş verdiyi açıqlamada dəfn mərasiminin martın 1-də Moskvada keçiriləcəyini açıqlayıb.
Roza Şəfiyeva