Nüfuzlu “Uimbldon” turnirinin çempionu Marketa Vondrousova boşanır.
Publika.az xəbər verir ki, 24 yaşlı çexiyalı qadın mətbuata açıqlamasında bildirib ki, o, artıq əri Stepan Şimekdən ayrılıb. Hər şey, o cümlədən əmlak bölgüsü ilə bağlı razılığa gəlib.
Bir-birini uşaqlıqdan tanıyan cütlük 2022-ci ilin iyulunda evlənib.
Qeyd edək ki, Şimek də tennislə məşğul olub. Lakin zədə səbəbindən karyerasını erkən bitirib. Bundan sonra təhsil sahəsinə yönəlib.