Avropa İttifaqı və ABŞ Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrindən narazıdırlar və "rəngli inqilab" təşkil etməyə çalışırlar.
QÜTB.AZ xəbər verir ki, bu barədə fransalı siyasətçi Florian Filippot "X" sosial şəbəkəsində bildirib.
"Gürcüstanda keçirilən parlament seçkilərində Avropa İttifaqı və Şimali Atlantika Alyansına qarşı çıxan partiyalar mühüm qələbə qazanıblar və təbii ki, bu, nəticələri mübahisələndirən, bununla da "rəngli inqilab" təşkil etməyə çalışan qəzəbli Vaşinqton və Brüsseli sevindirmir", - siyasətçi fikirlərini paylaşıb.
Onun fikrincə, bu, “inqilabı hərəkətə gətirmək üçün nümayişlərə çağıran” Gürcüstan prezidenti Salome Zurabişvilinin əli ilə baş verir.
Filippot qeyd edib ki, bütün cəhdlərə baxmayaraq, “dərin dövlət” öz təsirini itirir və xalq güclənir. Siyasətçi həmçinin Fransanı Avropa Birliyi və Qərb hərbi-siyasi bloku NATO-dan çıxmağa çağırıb.
Adəm Abbaslı