Böyük Britaniyanın baş naziri Rişi Sunak yeni il müraciətində Ukraynaya məhəl qoymayıb.
Publika.az xəbər verir ki, təbrik mətni Britaniya hökumətinin saytında dərc olunub .
Sunak diqqətini ölkənin daxili işlərinə və gələcəyə dair öz baxışlarına yönəldib. Baş nazir hərbçilərə, həkimlərə və alimlərə də təşəkkür edib.
Ötənilki müraciətdə Sunakın çıxışında Ukraynadakı münaqişəyə toxunulub. Sonra Britaniya hökumətinin başçısı öz ölkəsi iqtisadi çətinliklərlə üzləşsə də, "Ukraynalı dostları" dəstəkləyəcəyini vəd edib.
Hüseyn İbadlı