Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ərəb ölkələrini Suriyanın bərpasına kömək etməyə çağırıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
“13 il ərzində bu ölkəyə dəymiş ziyan 500 milyard dolları ötüb. Suriyaya səfər edən komandalarımız yerdəki mənzərənin daha pis olduğunu iddia edirlər”, - Ərdoğan bildirib.
O, qeyd edib ki, beynəlxalq ictimaiyyət zərər çəkmiş respublikanın bərpasına böyük töhfə verməlidir.
Bundan əvvəl Ərdoğan ölkəsinin Suriyadakı terrorçu separatçı təşkilatların fəaliyyətinə son qoyacağını bildirmişdi: "Türkiyə Suriyadakı terror təşkilatlarını, xüsusilə İŞİD və PKK-nı darmadağın etmək əzmindədir".
O, bu təşkilatları Suriya, İraq və Türkiyə üçün təhlükə adlandırıb.
Hüseyn İbadlı