Türkiyənin Tokat vilayətində bağ evində partlayış baş verib.
Publika.az xəbər verir ki, hadisə Erba rayonunda qeydə alınıb.
Məlumata əsasən, evdə yaşayışan şəxslərin yüksək səslər çıxararaq qonşulara narahat verməsi ilə bağlı məlumat daxil olub. Şikayət əsasında jandarma qrupu həmin evə gəlib.
Jandarma qrupu sözügedən ünvana çatandan sonra naməlum səbəbdən partlayış baş verib. Hadisə zamanı 5-i jandarma əməkdaşı olmaqla 7 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Bildirilib ki, hadisə ilə bağlı araşdırmalar aparılır.