Ukrayna sanksiyaya məruz qalan rus oliqarxları Arkadi və İqor Rotenberqi axtarışa verib.
Publika.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.
Ukrayna Daxili İşlər Nazirliyinin axtarışda olan məlumat bazasındakı kartlara görə, Arkadi Rotenberq Milli Polisin Strateji Araşdırmalar Departamenti tərəfindən, oğlu İqor Rotenberq isə sadəcə olaraq Milli Polis tərəfindən axtarışdadır.
Arkadi və İqor Rotenberqlər konstitusiya quruluşunu zorakılıqla dəyişdirmək və ya devirmək və ya dövlət hakimiyyətini ələ keçirmək, Ukrayna ərazisinin və ya dövlət sərhədinin dəyişdirilməsi, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (yuyulması), vergilərdən yayınma məqsədi ilə törədilən hərəkətləri maliyyələşdirməkdə ittiham olunurlar.
Tural