Daşqın nəticəsində 136 nəfər öldü
Braziliyanın cənubunda daşqınlar nəticəsində azı 136 nəfər ölüb.
QÜTB.AZ xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"İtkin düşənlərin sayı 141, ölənlərin sayı 136-dır", - deyə rəsmi məlumatda bildirilir.
Səlahiyyətlilərin məlumatına görə, daşqın səbəbindən 340 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb, 2 milyona yaxın insan isə təbii fəlakətdən zərər çəkib.