28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Avropa İttifaqından Orbana QADAĞA: Hüququ yoxdur

05 iyl 2024 11:00
GÜNDƏM
ads

Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Josep Borrell Aİ-nin Macarıstanın baş naziri Viktor Orbana Rusiya Federasiyasına səfər mandatı vermədiyini, buna görə də onun Moskvaya mümkün səfərinin yalnız ikitərəfli əlaqələr çərçivəsində baş tuta biləcəyini açıqlayıb.

Publika.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Baş nazir Viktor Orbanın Moskvaya səfəri yalnız Macarıstan və Rusiya arasındakı ikitərəfli münasibətlər çərçivəsində baş tutur. Baş nazir Orban Aİ Şurasından Moskvaya səfər etmək üçün heç bir mandat almayıb. Avropa Şurasının qənaətinə görə, bu mövqe Aİ ilə prezident Putin arasında rəsmi əlaqələri istisna edir”, - deyə Borrell bildirib.

Macarıstan mediası Orbanın və xarici işlər naziri Peter Siyartonun cümə günü Moskvaya səfər edəcəyi barədə məlumat verdikdən sonra Avropa Şurasının sədri Çarlz Mişel "X" şəbəkəsində yazıb ki, Macarıstanın Aİ prezidenti kimi hazırda Rusiya ilə qarşılıqlı əlaqədə olmaq hüququ yoxdur.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Vladimir Putinin iş qrafikinin sıx olduğunu və Kremlin bu barədə sonra məlumat verəcəyini bildirib.

Adəm Abbaslı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur