"Napoli"nin futbolçuları həftənin çox hissəsini bağlı qapılar arxasında keçirəcək.
Publika.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Klub bu addımı A seriyasında "Torino"ya darmadağından (0:3) sonra atıb. Mnbənin sözlərinə görə, futbolçular həftənin böyük hissəsini bağlı qapılar arxasında məşq edəcəklər.
Dəqiq tarixlər göstərilməsə də, komandanın yanvarın 13-də "Salernitana" ilə keçiriləcək oyuna qədər bu rejimdə çalışacağı gözlənilir.
Qeyd edək ki, İtaliya A Seriyasında 19 turdan sonra "Napoli" 28 xalla 9-cu sırada qərarlaşıb.
Heybət