Qış aylarında havalar soyuduqca xəstəliklər də artır, qrip və soyuqdəymə daha çox yayılır. Lakin immuniteti gücləndirmək xəstəliklərdən qorunmağa kömək edə bilər. Bu reseptlə özünüzü mikrob və viruslardan qorumaq istəyirsiniz.
Publika.azTürkiyə mediasına istinadən xəbər verir ki, qara istiot maqnezium, dəmir, K vitamini və liflə zəngindir. Tərkibindəki uçucu yağ olan piperin əzələ ağrılarını, artriti azaltmaq və həzmi yaxşılaşdırmaq üçün çox effektivdir.
Qara istiotu qaynar suya qatıb içildikdə orqamizmi bir çox xəstəliklərdən qoruyur, qan dövranını stimullaşdırır.
Çin təbabətində qədim zamanlardan bu məqsədlə qara istiotlu qaynar su istifadə edilib. Qara istiot, su və 2 xörək qaşığı balı qarışdırın, stəkanın ağzını bağlayın və 15 dəqiqə gözləyin. Bu içkini gündə üç dəfə içə bilərsiniz.
Bağırsaq sağlamlığı ümumi sağlamlıq üçün vacibdir. Sağlam bağırsaq təmiz mədə deməkdir. Qara istiotlu və ballı su bədəndən bütün toksinləri və kimyəvi maddələri təmizləyir, həzmi yaxşılaşdırır, mədə problemlərinin qarşısını almağa kömək edir.
Bu məhlulun sağlamlıq üçün ən əhəmiyyətli faydalarından biri də arıqlamağıdır. Səhər içdiyiniz suya bir çimdik qara bibər tozu əlavə etsəniz, suyun faydalarını artırmış olacaqsınız. Bu içki daha yaxşı həzm üçün maddələr mübadiləsini sürətləndirir və daha çox kalori yandırır. Beləliklə, cəmi bir ay ərzində istədiyiniz bədən çəkisinə sahib ola bilərsiniz.
Musavat.com