03.04.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

Fransada dəmiryolçular ayağa qalxdılar

27 mar 2025 18:00
DÜNYA
ads

Fransada dəmiryolçular həmkarlar ittifaqı “Sud Rail” aprelin 17-dən iyunun 1-dək bütün həftə sonları tətilə çağırış edib.

Qutb.az xəbər verir ki, Fransa əmək, səhiyyə, həmrəylik və ailə naziri Ketrin Votrən RTL televiziya kanalında çıxış edərək, həmkarlar ittifaqlarını Pasxa bayramı dövründə tətillərə çağırış etməməyə çağırıb. O, qəzəbini ifadə edərək deyib: “Bayramları girov saxlamaq qəbuledilməzdir”.

“Sud Rail” həmkarlar ittifaqı Pasxa bayramları və May bayramları daxil olmaqla, həftə sonları bazar ertəsi səhər 8-ə qədər dəmiryolçuların tətil edəcəyini elan edib.

Tətilə çağırışın mənşəyi 2022-ci ildə Milad bayramları zamanı dəmir yolları şəbəkəsini artıq iflic etmiş Milli Nəzarətçilər Kollektivindən (CNA) irəli gəldiyi bildirilir. Həmkarlar ittifaqları mətbuata yaydığı açıqlamada iş şəraitinin dözülməzliyini, rəhbərliyin qulaqlarını bağlayaraq, onların səsini eşitməməsini pisləyir.

Nəzarətçilər maaşların artırılmasını, aylıq bonuslarının ən azı 100 avro artırılmasını, daha yaxşı karyera inkişafı və sabit iş saatlarını tələb edirlər.

Bildirilir ki, sərnişin qatarları üçün vacib olan bilet müfəttişlərinin kütləvi tətili bayram vaxtı gərgin anlar yaradacaq. İndiyə qədər apolitik olduğunu iddia edən CNA və sol təmayüllü “Sud Rail” tətil təhdidlərini davam edirlər. Dəmiryolçuların aparıcı həmkarlar ittifaqı olan Fransa Ümumi Əmək Konfederasiyası (CGT) da tətili dəstəkləyir.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur