31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Husilər ABŞ və İsrail gəmilərinə hücum etdi

29 iyn 2024 07:00
GÜNDƏM
ads

Yəmən husiləri ABŞ və İsrail gəmilərinə qarşı dörd böyük əməliyyat keçirdiklərini bəyan ediblər.

Publika.az xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı husilərin bəyanatına istinadən məlumat yayıb.

Açıqlamaya görə, ilk əməliyyat İraqdakı müqavimətlə birgə həyata keçirilib və Aralıq dənizində Hayfa limanına doğru hərəkət edən "Waler" neft gəmisinə qarşı yönəlib. İkinci əməliyyat zamanı Qırmızı dənizdə ABŞ-ın “Delonix” gəmisinə bir neçə ballistik raket atılıb. Üçüncü əməliyyatda Fələstin limanlarına giriş qadağasını pozan “Maersk” şirkətinə məxsus Aralıq dənizindəki “Johannes Maersk” gəmisi hədəf alınıb. Qırmızı dənizdə dördüncü “İoannis” gəmisinə hücumun səbəbi də qadağanın pozulması olub.

Husilər bildiriblər ki, əməliyyatlar “ABŞ-İsrailin Qəzza zolağında Fələstin xalqına qarşı davam edən təcavüzünə qanuni cavabdır” və “təcavüz dayandırılana və Fələstin xalqına qarşı blokada qaldırılana qədər” davam edəcək.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur