26.07.25 | Bakı 27.03° C |
10:06:25
Lent :

Azərbaycanda kredit faizlərinin ən yüksək olduğu REGİONLAR

26 iyl 2025 13:00
İQTİSADİYYAT
ads

Ölkə üzrə ən yüksək kredit faizlərinin olduğu bölgələr məlum olub.

Qutb.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında bildirilib.

Belə ki, ölkədə ən yüksək kredit faizləri Dağlıq Şirvan iqtisadi rayonundadır. Bu regionda orta kredit faiz dərəcələri 19.80% təşkil edir.

İkinci sırada 19.73 faizlə Mil-Muğan iqtisadi rayonu yer alır.

Kredit faizlərinin yüksək olduğu digər ərazilər isə Qarabağ (19,58%) Lənkəran-Astara (19,49%) və Şirvan-Salyan (19,36%), Mərkəzi Aran (19.28) iqtisadi rayonlarıdır.

Ölkədə banklar ən aşağı faizlə Bakıda kredit verirlər. Paytaxtda bu göstərici 12%-dir.

Naxçıvan iqtisadi rayonunda isə 14.92 faiz təşkil edib.

Qeyd edək ki, ilin əvvəlindən banklar 28,4 milyard manat dəyərində kredit veriblər. Bunun 21,7 milyard manatı Bakının payına düşüb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
27.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur