29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Borreldən Aİ ölkələrinə: Netanyahunu mütləq həbs etməlisiniz, yoxsa...

26 noy 2024 16:00
GÜNDƏM
ads

Aİ ölkələri İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə dair orderə əməl etməyə borcludurlar, əks halda bu, ikili standartların təzahürü olacaq.

QÜTB.AZ “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.

“Məhkəmə Putinə qarşı çıxanda siz alqışlaya, amma Netanyahuya qarşı çıxanda susa bilməzsiniz”, - Avropa diplomatiyasının rəhbəri öz fikirlərini bölüşüb.

Noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi (ICC) İsrailin baş naziri Benyamin Netanyahu və Yəhudi dövlətinin Müdafiə Nazirliyinin keçmiş rəhbəri Yoav Qallantın həbsinə order verib. Onlar 2023-cü il oktyabrın 8-dən 2024-cü il mayın 20-dək insanlığa qarşı və hərbi cinayətlərdə ittiham olunublar.

ABŞ prezidenti Co Bayden məhkəmənin qərarını qərəzli adlandırıb və Vaşinqtonun təhlükəsizliyinə təhdidlərə qarşı həmişə İsrailin yanında olacağını bildirib.

Tural

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur