Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibə verir.
Dövlət başçısı qeyd edib ki, ilk növbədə Prezident Trampın dəvəti ilə Amerikada işgüzar səfərdə olmaq Azərbaycan-Amerika münasibətləri üçün böyük əhəmiyyət kəsb edir:
“Deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. Təbii ki, Azərbaycanın milli maraqlarının qorunması baxımından ABŞ ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir.”