ABŞ Prezidenti Co Bayden bazar ertəsi ölkənin təhlükəsizlik üzrə nümayəndələri ilə virtual görüş keçirib.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.
Qeyd edilib ki, Bayden köməkçisi və daxili təhlükəsizlik müşaviri Liz Şervudddan ölkədaxili vəziyyətlə bağlı məlumat alıb. Ağ Ev rəhbəri eyni zamanda Ceyk Sallivanla də milli təhlükəsizliklə bağlı müzakirə aparıb.
Bayden koronavirusa yoluxduğu üçün hər iki görüş virtual baş tutub.
Qeyd edək ki, bundan öncə Co Baydenin öldüyü ilə bağlı məlumatlar yayılıb. Co Baydenin seçki kampaniyasından çıxdığını elan etdikdən sonra bir dəfə də olsun kameralar qarşısına çıxmaması bu cür iddialara səbəb olub.