02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Bu ölkədə nazirlərin və məmurların xaricə səfəri məhdudlaşdırıldı

18 mar 2024 19:00
GÜNDƏM
ads

Pakistanın federal hökuməti dövlət büdcəsinə qənaət etmək məqsədilə nazirlərin və dövlət məmurlarının xaricə səfərlərini məhdudlaşdırıb.

Publika.az ölkə mətbuatına istinadən xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, nazirlərin və dövlət məmurlarının xaricdə qalmaları üçün də yeni qaydalar tətbiq edilib.

KİV-lərin yazdığına görə, federal və dövlət nazirləri, onların müşavirləri və köməkçiləri xarici ezamiyyətlər üçün dövlət büdcəsinə qənaəti təmin edən hökumət komitəsindən, habelə Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyindən qabaqcadan icazə almalıdırlar.

Bu şəxslərin ildə 3 dəfədən artıq xaricə getməsi qadağan edilir. Onların səfərlər zamanı beşulduzlu otellərdə qalmalarına da icazə verilmir.

Xüsusi hallarda istisnalar tətbiq olunacaq.

Qeyd edilib ki, xaricə səyahət edərkən rəsmilərdən Pakistanın milli aviadaşıyıcısı PIA ilə uçmaq tələb olunur.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur