“Visual Capitalist” portalı tərəfindən hazırlanan infoqrafika 2025-ci ildə ən yüksək rifah səviyyəsinə malik ölkələrin üç reytinqini təqdim edib.
Qutb.az xəbər verir ki, sol sütunda ölkələr adambaşına düşən ümumi daxili məhsula (Beynəlxalq Valyuta Fondunun 2025-ci il üçün məlumatları), mərkəzdə - adambaşına düşən ümumi milli gəlirə görə (Dünya Bankının 2024-cü il üçün məlumatları) və sağ tərəfdə orta rifah səviyyəsi (İsveçrənin USB banının 2024-cü il üçün hesabatı) əsasında reytinq göstəriciləri yer alıb.
İnfoqrafikada müxtəlif meyarların tətbiqi ölkələrin ən varlı dövlətlər reytinqindəki mövqelərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Hər üç siyahıda ilk beşliyə daxil olan yeganə ölkə Lüksemburqdur.
Bu ölkə adambaşına düşən ÜDM (140,9 min dollar) və orta sərvət (395,3 min dollar) baxımından birinci yeri tutur, ümumi milli gəlirə görə isə dördüncü yerdə qərarlaşıb (91,5 min dollar) və bu sahədə Bermud adalarından (140,3 min dollar), Norveçdən (98,2 min dollar) və İsveçrədən (95,9 min dollar) geri qalır.
2025-ci ildə adambaşına düşən ÜDM-ə görə ən varlı on ölkənin reytinqi aşağıdakı kimidir:
Lüksemburq – 140,9 min dollar
İrlandiya – 108,9 min dollar
İsveçrə - 104,9 min dollar
Sinqapur – 92,9 min dollar
İslandiya – 90,3 min dollar
Norveç – 89,7 min dollar
ABŞ – 89,1 min dollar
Makao – 76,3 min dollar
Danimarka – 75 min dollar
Qətər – 71,7 min dollar.