ABŞ prezidenti Co Baydenin seçki kampaniyasından çəkilməsi ona qarşı çevriliş edildiyindən xəbər verir.
Publika.az xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp və vitse-prezidentliyə namizəd C.D.Vens “Fox News” telekanalına birgə müsahibədə deyiblər.
Keçmiş Amerika lideri çevrilişin olması ilə bağlı suala “Bir növ bəli” cavabını verib.
Vens də bu suala cavab verib və Baydenin prezidentlikdən getməsi lazım olduğunu vurğulayıb. Onun sözlərinə görə, əgər dövlət başçısı səhhətində yaranan problemə görə seçkilərdə iştirak edə bilmirsə, deməli, ölkəni idarə edə bilməz.
“Politico” daha əvvəl bildirmişdi ki, Trampın kampaniyası Demokrat namizəd üçün debatın uğursuz olmasından bir ay əvvəl, may ayında Baydenin yarışdan geri çəkilməsinə hazırlaşmağa başlayıb.
Tural