10.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Məşhur milyarderin həyatı haqqında maraqlı faktlar

15 mar 2024 19:00
GÜNDƏM
ads

Dünyanın ən zəngin milyarderi Mukeş Ambani bir neçə həftə əvvəl oğluna elə bir təmtəraqlı toy etdi ki, sədası hələ uzun müddət unudulmayacaq. Bu xəbərlər mediada yayımlandıqdan sonra hamını Mukeş Ambaninin kim olduğu və bu qədər böyük sərvəti necə qazandığı maraqlandırır.

Publika.az oxucuları milyarder haqqında maraqlı faktlarla tanış edir.

Mukeş Ambani Yəməndə anadan olub, lakin ailəsi tezliklə Hindistanın ən inkişaf etmiş şəhərlərindən biri olan Mumbaya köçüb. Yeniyetməlik illərində Ambani Mumbaydakı "Hill Grange" Liseyində oxuyub və sonra bakalavr təhsilini kollecdə alıb. İxtisaslarını artırmaq üçün Stanford Universitetinə daxil olan iddialı gənc buranı MBA dərəcəsi ilə bitirib. Amma atası oğlunun akademik təhsilini daha davam etdirməsini istəmirdi, biliklərini praktikada tətbiq etmək və "Reliance" şirkətinin inkişafına kömək etmək üçün Mukeşə işləməyi təklif etdi.

1980-ci ildə Mukeş Hindistana qayıtdı. Həyat göstərdi ki, bu qərar onun taleyində dönüş nöqtəsi oldu. Sözsüz ki, aldığı təhsil gələcək milyarder və atasına şirkəti inkişaf etdirməyə kömək etdi. Beləliklə, 1981-ci ilə qədər "Reliance" təkcə neft emalı və neft-kimya məhsulları ilə deyil (ən böyük gəlir gətirən), həm də pərakəndə ticarət və telekommunikasiya ilə məşğul olmağa başladı. Bütün bunlar gənc iş adamının səyləri hesabına başa gəlirdi, onun rəhbərliyi altında "Reliance Jio Infocomm Limited" ən böyük telekommunikasiya sektorlarından birinə çevrildi, "Reliance Retail Ltd." isə uğurlu pərakəndə satış nöqtələrindən biri oldu.

Karyerası boyunca Mukeş Ambani qlobal "Forbes" siyahılarına daxil edilib, uzun illərdir Hindistanın, həm də Asiyanın ən zəngin adamı statusunu qoruyub saxlayır. Onun sərvəti 115 milyard dollar olaraq qiymətləndirilir. Mukeşin idarəedici direktoru və direktorlar şurasının sədri olduğu "Reliance" hər il 100 milyon dollardan çox xalis mənfəət əldə edir. Mukeş bizneslə yanaşı, idmana da sərmayə qoyur. Məsələn, o, ölkənin ən uğurlu kriket komandası - "Mumbai Indians"ın prezidentidir, həm də Hindistan Futbol Liqasının yaradıcısıdır.

Mukeş Ambaninin şəxsi həyatı

Milyarderin həyat tərzi onun statusunu vurğulayır. Mukeş Ambani ölkənin ən böyük xeyriyyəçisidir, məbədlər tikdirir, heyvanların rifahı ilə bağlı təşkilatlara himayədarlıq edir. Yeri gəlmişkən, Mukeş həm də vegetariandır. Ambani bir çox cəhətdən varlı iş adamlarından fərqlənir. O, 40 ildən artıqdır ki, eyni qadınla eyni yastığa baş qoyur. O, demək olar ki, bütün tədbirlərə xanımı ilə gəlir. Mukeş və Nita Ambani 1985-ci ildə şənlikdə tanış olublar. Cütlüyün nikahından 3 övladı var.

Ambani ailəsinin daşınmaz əmlak siyahısı da çox zəngindir. Ailə 3000 akr ərazisi olan iqamətgahlardan birində toy edib. Lakin Ambani ailəsinin əsas sərvəti Çikaqo memarlarının "Perkins & Will" şirkəti ilə layihələndirdikləri 27 mərtəbəli Antilia binasıdır. Üç helikopter meydançası, idman zalı, kinoteatr və 160 avtomobil üçün qarajı olan binanın qiyməti 1 milyard dollardır və dünyanın ən bahalı şəxsi yaşayış yerlərindən biri hesab olunur. Ancaq orada təkcə Mukeş və həyat yoldaşı deyil, həm də milyarderin anası Kokilaben Ambani, həmçinin cütlüyün üç övladı - əkiz oğulları Anant ilə Akaş və qızı İşa öz ailələri ilə birlikdə yaşayırlar.

Aytən


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur