Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili ölkə müxalifətini parlament seçkilərinin nəticələrini boykot etməyə və böyük etiraz aksiyaları təşkil etməyə çağırıb.
QÜTB.AZ xəbər verir ki, o, bu çağırışı öz "Facebook" səhifəsində edib.
"İndi dünyaya azadlıq uğrunda mübarizə apardığımızı və ədalətsizliyə dözməyən xalq olduğumuzu göstərmək üçün böyük etirazların vaxtıdır. Çox az vaxt var!" - o yazıb.
Xatırladaq ki, oktyabrın 26-da Gürcüstan parlamentinə seçkilər keçirilib. Ertəsi gün birpalatalı qanunverici orqanın spikeri Şalva Papuaşvili bildirib ki, bülletenlərin 99%-ni emal etdikdən sonra hakim Gürcü Arzusu-Demokratik Gürcüstan partiyası 54% səs toplayıb. Bu, ona 150 mandatdan 90-nı almağa imkan verib.
Hüseyn İbadlı