Gəncəçayın Gəncə şəhəri, Gülüstan yaşayış massivi ərazisindən keçən hissəsində batan yeniyetmənin meyiti tapılıb.
Publika.az xəbər verir ki, 2010-cu il təvəllüdlü Allahverdiyev Murad Yasin oğlunun meyiti bu gün səhər saatlarında çayın Gəncə şəhərindən keçən hissəsində aşkarlanıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Məlumata görə, hadisə yeniyetmənin iki dostu ilə çayın üzərindən keçmək istəyərkən baş verib.
Qeyd edək ki, 14 yaşlı Murad Kəlbəcər sakini olub.
Faktla bağlı araşdırma aparılır.
xxx
00:45
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncəçayın Gəncə şəhəri, Gülüstan yaşayış massivi ərazisindən keçən hissəsində 1 nəfər yeniyetmənin batması barədə ilkin məlumat daxil olub.
Bu barədə Publika.az-a FHN-dən məlumat verilib.
Bidirilib ki, dərhal hadisə yerinə cəlb edilən FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən 2010-cu il təvəllüdlü Allahverdiyev Murad Yasin oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirlərinə başlanılıb.
Əlavə məlumat veriləcək.
xxx
Gəncədə 14 yaşlı yeniyetmə çayda batıb.
Publika.az xəbər verir ki, Gəncə şəhər sakini Murad Yasin oğlu Allahverdiyev çayda boğulub.
Hadisə yerinə Gəncə Şəhər Baş Polis İdarəsinin və digər qurumların əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.