25.02.25 | Bakı -2.97° C |
10:06:25
Lent :

Bakının əsas prospekti çökmə səbəbindən BAĞLANDI - FOTO

25 fev 2025 10:00
GÜNDƏM
ads
Advertisement

Heydər Əliyev prospektinin "Koroğlu" metro stansiyası istiqamətində olan əsas yol üzrə hərəkət müvəqqəti məhdudlaşdırılaraq köməkçi yola yönləndirilib.

Qutb.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, hərəkətin məhdudlaşdırılmasına səbəb prospektin altından keçən su borusunda qəzanın baş verməsidir.

Qəza baş verəndən dərhal sonra əraziyə AAYDA-nın və aidiyyəti qurumun əməkdaşları cəlb olunublar. Agentlik tərəfindən ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb.

Adiyyəti qurum tərəfindən qəzanın aradan qaldırlması üçün prospektdə gecə saatlarında qazıntı işlərinə başlanılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Qəza aradan qaldırıldıqdan sonra AAYDA tərəfindən qazılmış hissənin bərpası istiqamətində müvafiq işlər aparılacaq.

14187471418748

14187491418750

 

 

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
146 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
-2.97° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur