21.09.25 | Bakı 18.03° C |
10:06:25
Lent :

Qubadlıda 24 milyonluq layihəni icra edəcək şirkət kimindir?

21 sen 2025 07:00
GÜNDƏM
ads
Advertisement

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ elan etdiyi tenderin nəticəsini açıqlayıb.

Qutb.az xəbər verir ki, satınalma Qubadlı rayonunun Mahruzlu kəndi üzrə yaşayış binalarının, sahədaxili mühəndis kommunikasiya sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik, rabitə şəbəkəsi və kənd daxili yollar) tikinti-quraşdırma işlərinin satın alınmasına aid olub.

Tenderin qalibi "Amal Group" MMC olub. Qalib şirkətə 23 milyon 782 min 656 manat ödəniləcək.

Qeyd edək ki, şirkət bu ilin fevralında "MİDA"nın 27 milyon 285 min 102 manat dəyərindəki "Qubadlı r.,Mahruzlu k.üzrə q/yaşayış binalarının,sahədaxili mühəndis kommunikasiya sistemlərinin(su,kanalizasiya,qaz xətləri,elektrik,rabitə şəbəkəsi və kənd daxili yollar)tikinti-quraşdırma işləri" tenderinin qalibi olub.

Qeyd edək ki, “Amal Group” MMC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Orxan İbrahimli Asif oğludur. Hüquqi ünvanı AZ1065, Bakı şəhəri Yasamal rayonu, Cəfər Cabbarlı, Ev 44, Caspian Plaza 2-ci korpus,15-ci mərtəbə ünvanında yerləşir. (Mənbə: fed.az)

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
156 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur