07.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

“İsrail Putindən qorxur”

21 noy 2024 15:00
DÜNYA
ads
Advertisement

Ukrayna prezidenti Vladimir Zelenski İsrailin Ukraynaya kifayət qədər dəstək vermədiyini bildirib.

QÜTB.AZ xəbər verir ki, Zelenski Kiyevdə “Fox News”-un müxbiri Trey Yinqstə verdiyi müsahibədə bir sıra məqamlara toxunub.

O, İsrailin Putindən qorxduğunu və Netanyahudan kömək istəməsinin siyasi səhv olduğunu iddia edib: “Bu, mənim fikrimdir və bu barədə çox dürüstəm. Avropa liderləri və Amerika administrasiyası ilə də bu barədə danışdım. Onlardan İsraillə bağlı mənə kömək etmələrini, xüsusilə hava hücumundan müdafiə sahəsində bizə dəstək olmalarını xahiş etdim”.

Qeyd edək ki, İsrail Ukraynaya humanitar yardım və havadan xəbərdarlıq sistemi də daxil olmaqla məhdud dəstək verib. Bu ilin əvvəlində “Financial Times” ABŞ, İsrail və Ukraynanın Kiyevə hazırda İsrailin sahib olduğu və idarə etdiyi 8 “Patriot” raketdən müdafiə sistemi ilə təmin edilməsi üçün danışıqlar apardığını bildirib.

Aysel Şahmar

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur