ABŞ-ın keçmiş prezidenti Donald Tramp Pensilvaniyadakı mitinqdə sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxış edib.
Publika.az xəbər verir ki, Tramp Respublikaçıların Milli Qurultayında iştirak edib.
O, Respublikaçı tərəfdarlarının qarşısına qulağında sarğı ilə çıxıb. O, “Mübarizə edin! Döyüş! Mübarizə!” deyərək, vitse-prezidentliyə namizəd Ceyms Vans və Nümayəndələr Palatasının spikeri Mayk Consonun yanında əyləşib.
Tramp mitinqdə baş verən atışma səbəbindən planlarını dəyişmək fikrində olmadığını da bildirib.
Cəmilə