MDB ölkələrinin xalqlarına qarşı daimi hibrid müharibə aparılır.
QÜTB.AZ xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko avqustun 8-də Birliyə üzv dövlətlərin Daxili İşlər Nazirləri Şurasının iclasının iştirakçıları ilə görüşündə bildirib.
“Xalqlarımıza qarşı daimi hibrid müharibə aparılır. MDB ölkələrinin hər biri isə artıq ən azı bir rəngli inqilab yaşayıb ki, bu da mahiyyətcə dövlət çevrilişinə cəhddir”, - Lukaşenko qeyd edib.
Bununla bağlı o, MDB ölkələrinin hüquq-mühafizə orqanlarının daha da inteqrasiyasının tərəfdarı olduğunu bildirib.
“Bizim bərabərhüquqlu tərəfdaşlığımız yaxşı müqavilə bazası ilə dəstəklənir, zamanın sınağından çıxıb, açıqlıq, etimad və qarşılıqlı yardım prinsipləri əsasında formalaşıb. Birgə işlədiyimiz illər ərzində biz dəfələrlə əmin olmuşuq ki, qlobal, transsərhəd və daxili təhdidlərə yalnız birlikdə ən effektiv şəkildə qarşı çıxa bilərik” - Lukaşenko əmin edib.
Belarus lideri həmçinin qeyd edib ki, “MDB ölkələrinin Daxili İşlər Nazirlikləri əslində hörmətli vətəndaşlar üçün sipər, kriminal aləm üçün qılıncdır”.
Akqabay