Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri başlayıb.
QÜTB.AZ xəbər verir ki, Putinin təyyarəsi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yerə enib.
Qeyd edək ki, ikigünlük səfər mövcud diplomatik dərəcəyə görə ən yüksək dövlət statusu daşıyacaq.
Danışıqlar zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, eləcə də aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq.
Səfərin yekunları üzrə dövlət başçılarının birgə bəyanatının qəbul edilməsi, hökumətlərarası və digər sənədlərin imzalanması planlaşdırılır.