"Bayern"im futbolçusu Alfonso Devis həyatında və karyerasında dəyişikliklər etmək istəyir.
O, "Real"la müqavilə bağlamaq üzrədir və PSJ-də çıxış edən sevgilisindən ayrılıb.
Kanadalı müdafiəçi Münhen klubu ilə müqaviləsini yeniləmək istəmir. “Sky Sport Germany” nəşrinin məlumatına görə, Madrid təmsilçisinin skautu Huni Kalafat onu Almaniya nəhəngi ilə 2025-ci ildə başa çatacaq müqaviləsini yeniləməməyə çağırıb. "Real" rəhbərliyi son bir neçə ay ərzində müdafiəçi ilə əlaqə saxlayıb. "Qalaktikos" bu yay rəsmi təklif göndərməyə hazırdır.
Qeyd edilir ki, Devisin "Bayern" ilə yeni müqavilə ilə bağlı danışıqları futbolçunun maaş tələblərini çətinləşdirir. Onun ildə 10-13 milyon avro məvacib tələb etdiyi bildirilir. Alfonso Münhendə özünü rahat hiss etsə də, gələcəyinə şübhə edir.
Bir il əvvəl isə o, 5 illik münasibətdən sonra PSJ-in futbolçusu Cordin Huitemadan ayrılıb. Kanadalı cütlüyün gözəl sevgi hekayəsi var idi. Devis Cordini 16 yaşında Avropaya yola salıb. Bir müddət sonra özü "köhnə qitə"yə üz tutub.
Cordin 8 may 2001-ci ildə anadan olub və Devislə həmyaşıddır. 23 yaşlı futbolçu hücumçu kimi çıxış edir.
Devis və Pamela ortaq "Youtube" kanalı işlədirdilər. Ayrılıdan sonra sosial şəbəkələrdəki bütün ümumi fotolar kimi, o da silinib.
Ancaq tezliklə qızın yeni sevgilisi - MLB ulduzu, beysbolçu Xulio Rodriges ilə birgə fotoları yayımlanıb.
Heybət